Cümə, 14 Mart, 2025
Tarix: 05.02.2025 11:48
Gürcüstan parlamentinin prosessual məsələlər komitəsi 49 müxalifət deputatının mandatlarına son verilməsini dəstəkləyib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, komitənin bugünkü sesiyasında “Birlik-Vahid Milli Hərəkat”, “Dəyişikli Koalisiyası” və “Güclü Gürcüstan” müxalif koalisiyalarının üzvlərinin parlament mandatlarının dayandırılması ilə bağlı bəyanatları nəzərdən keçirilib və imzaların həqiqiliyi təsdiqlənib.
Yekun siyasi qərarın parlamentin plenar sessiyasında qəbul ediləcəyi bildirilib.