ABB “Fayda Max”ın ən üstün - “Prime” mərhələsini təqdim edib

Tarix: 01.03.2025 11:45

ABB “Fayda Max” loyallıq proqramının ən yüksək və eksklüziv mərhələsi olan “Prime”-ı təqdim edir! “Prime” mərhələsi ABB-nin loyal və imtiyazlı müştəriləri üçün yaradılıb. Bu mərhələni tamamlayan müştərilər sadəcə keşbek və bonuslardan deyil, eksklüziv xidmətlərdən və üstün təcrübələrdən də faydalanacaqlar:

İmtiyazlar bununla bitmir. Sizi gözləyən başqa üstünlüklər də var:

Filiallarda növbəsiz xidmət! Məlumat Mərkəzində növbəsiz xidmət! İnvestisiyalarda 30% keşbek! DigiDeposit gəlirinə 10% keşbek! 1.3x “Faydalı keşbek” - qazandığınız “Faydalı keşbek” məbləği 1.3 əmsalı ilə artırılır, daha çox gəlir əldə edirsiniz! Onlayn kredit ödənişi faizinə 10% keşbek! Ölkədaxili digər bankların debet kartlarına aylıq 30 000 AZN-ə qədər komissiyasız köçürmə imkanı! 2x “ƏDV geri al”!

"Prime” mərhələsi 1 martdan aktivdir. Bu mərhələyə keçmək üçün ya “Qızıl” mərhələni üç dəfə tamamlamalı, ya da ABB-nin imtiyazlı müştərilərindən olmalısınız. “Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər Lenti