Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 26 Mar 2025 11:44
Serbiya Gürcüstanda səfirlik açacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Mariam Laşxi jurnalistlərə açıqlamasında deyib.
O yekun qərarın qəbul edildiyini və Belqradın ilin sonunadək Gürcüstanda səfirlik açacağını qeyd edib. Laşxi iyunun 15-dən iki ölkə arasında birbaşa uçuşlara başlanacağını əlavə edib.