Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 27 Mar 2025 11:50
Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, iki stulda oturmaq mümkün olmayacaq.
Overçuk vurğulayıb ki, İrəvan Avropaya doğru irəliləyirsə, o zaman Rusiya ilə bütün iqtisadi münasibətlər kompleksinə yenidən baxmaq lazımdır.
Qeyd edək ki, Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qanunu yekun oxunuşda qəbul edib.