Cümə axşamı, 4 Dekabr, 2025
Tarix: 15.04.2025 11:53
2025-ci ilin sonuna "Kapital bazarları" haqqında qanunvericilik paketini həm Prezidentə, həm də Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq.
"APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müşaviri Vüqar Əliyev deyib.
“Bu da kapital bazarlarında yeni mərhələ, metamarfozdur" - V. Əliyev bildirib.
O qeyd edib ki, kapital bazarlarının fundamental olaraq inkişaf etdirilməsi üçün böyük layihə həyata keçirilir: “AMB təkcə kapital bazarları sektoru deyil, digər sektorları da bu işə cəlb edib”.