MSK sədri: Növbədənkənar prezident seçkilərinə qədər azad edilmiş ərazilərə köçürülənlər səs verə biləcəklər

Tarix: 20 Dec 2023 13:17

Növbədənkənar prezident seçkilərinə qədər azad edilmiş ərazilərə köçürülənlər olsa, həmin şəxslər orada səs verə biləcəklər.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır: “Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da biz onları qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, onlar da orada səs verə biləcək”.

Xəbər Lenti