Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Tarix: 03.07.2025 11:52

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

"APA-Economics" xəbər verir ki, xəbərdarlığa əsasən, iyulun 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyulun 6-sı gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s- dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda isə 4.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Xəbər Lenti