Hesablama Palatası dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb

Tarix: 04.07.2025 11:57

Hesablama Palatası dövlət satınalmaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, hesabatlılığın artırılması, şəffaflığın gücləndirilməsi ilə bağlı bir sıra təkliflər hazırlayıb.

“APA-Economics” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda “Dövlət satınalmalarının auditi – Təcrübə və innovasiya” mövzusunda keçirilən seminarda deyib.

Vüqar Gülməmmədov bildirib ki, dövlət satınalmaları səmərəli dövlət idarəçiliyi və maliyyə nəzarətinin əsas mexanizmlərindən biridir. Yeni qəbul olunmuş “Dövlət satınalmaları haqqında” Qanun və onun tətbiqi dövlət satınalmalarının həcmini əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, yeni qanunvericiliyin icrası üzrə bəzi çətinliklər və təkmilləşdirilməli məqamlar da mövcuddur.

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin (Avropa Auditorlar Məhkəməsi, Portuqaliya, Latviya və Kosova) ali audit orqanlarının dövlət satınalmalarının auditi sahəsindəki müasir yanaşmaları, innovativ təcrübələri iştirakçılara təqdim olunub. İştirakçılar qrup müzakirələri formatında dövlət satınalmalarının auditi zamanı qarşıya çıxan riskləri və problemləri, həll yollarına dair təkliflərini bölüşüblər.

Xəbər Lenti