Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 05 Jul 2025 11:53
Ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold” QSC fəaliyyət göstərdiyi 9 il ərzində qiymətli metalların daxili və xarici bazarlarda satışından ümumilikdə 1 milyard 690 milyon manatdan çox gəlir əldə edib.
"APA-Economics" xəbər verir ki, qeyd olunan məbləğin 1 milyard 592 milyon manata qədəri ixrac əməliyyatları, 98 milyon manatdan çox hissəsi yerli bazarda topdan və pərakəndə satış hesabına formalaşıb.