Çərşənbə, 9 İyul, 2025
Tarix: 09.07.2025 11:52
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu yeniləyib.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 104,61 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,26 mln. barel çoxdur.
Bununla yanaşı, EIA gələn il qlobal gündəlik maye karbohidrogenlərin hasilatının 105,72 mln. barel səviyyəsində olacağını ehtimal edir (öncəki proqnoz göstərici – 105,14 mln. barel).
Hesabata əsasən, 2024-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 102,8 mln. barel olub, bu da 2023-cü ilin göstəricisi (102,02 mln. barel) ilə müqayisədə 0,78 mln. barel çoxdur.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel olub. 2021-ci ildə bu göstərici 95,7 mln. barel, 2020-ci ildə - 93,84 mln. barel təşkil edib, 2019-cu ildə isə 100,61 mln. barelə bərabər idi.