Palata sədri: ASOSAI İdarə Heyətinə üzvlük həm etimad, həm də məsuliyyətdir

Tarix: 17.07.2025 11:38

“ASOSAI İdarə Heyətinə üzvlük bizim üçün həm etimad, həm də məsuliyyətdir”.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci toplantısında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün qürurverici və məsuliyyətlidir. Hesablama Palatasının beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə, bilik və informasiya mübadiləsinin gücləndirilməsinə, həmçinin regional əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Vüqar Gülməmmədov qeyd edib ki, ASOSAI İdarə Heyətinə üzv seçilmək həm etimaddır, həm də gələcəkdə daha fəal iştirak üçün məsuliyyətdir.

Sədr çıxışında əlavə edib ki, ali audit orqanları arasında bilik və təcrübə mübadiləsinin genişlənməsi əməkdaşlığın daha sistemli qurulmasına şərait yaradacaq. O, həmçinin Azərbaycanda həyata keçirilən dövlət maliyyə idarəetməsi islahatları və ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəm barədə fikirlərini bölüşüb.

Xəbər Lenti