EBRD Azərbaycana ümumi ödəniş və zəmanətləri 324 mln. avro artırıb

Tarix: 25.07.2025 11:58

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycanda həyata keçirdiyi ödəniş və təqdim etdiyi zəmanətlərin (Cumulative disbursements and issued guarantees) ümumi məbləği 2025-ci ilin iyul ayında 3 milyard 456 milyon avroya yüksəlib. Başqa sözlə, son bir ayda bu rəqəm 10,3 % vı ya 324 milyon avro artıb.

"APA-Economics" bu barədə EBRD-yə istinadən xəbər verir. Qeyd edilib ki, bu EBRD-nin ölkədə qeyri-neft iqtisadiyyatının inkişafına, yerli maliyyə institutlarının gücləndirilməsinə və yaşıl iqtisadiyyat layihələrinə yönəlmiş dəstəyinin davam etdiyini göstərir.

Bankın Azərbaycandakı ümumi investisiyası 3 milyard 783 milyon avro, aktiv portfelinin həcmi 991 milyon, əməliyyat aktivləri 717 milyon avro təşkil edir. Aktiv layihələrin sayı 34-dür. Portfelin 38 %-i özəl sektorun, 1 %-i isə səhm investisiyalarının payına düşür.

Qeyd edək ki, Azərbaycan 25 sentyabr 1992-ci ildən EBRD-yə üzv seçilib.

Xəbər Lenti