Şənbə, 26 İyul, 2025
Tarix: 25.07.2025 11:31
2025-ci ilin I yarısında Azərbaycandakı kredit ittifaqları 0,03 milyon manat zərər ediblər.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin I yarısında kredit ittifaqları 0.72 milyon manat xalis zərər etmişdilər.
Hesabat dövründə kredit ittifaqlarının xalis faiz gəlirləri 0.99 milyon manat (illik müqayisədə 10% çox ), əməliyyat mənfəətləri isə 0.52 milyon manat ( illik müayisədə 4% çox) təşkil edib.
2025-ci ilin iyul ayının 1-nə kredit ittifaqlarının aktivləri 2.4% artaraq 12,7 milyon manata bərabər olub. Bunun 10,9 milyon manatı və ya 85.8%-i müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1.9% artıb.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 21.2% azalaraq 2.6 milyon manata, balans kapitalı isə 11% artaraq 10.1 milyon bərabər olub.