Avropada təbii qazın qiyməti azalıb

Tarix: 18.09.2025 11:44

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 395 ABŞ dollarına enib.

“APA-Economics” xəbər verir ki, 18 sentyabr TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 395,4 dollar təşkil edib, bu da əvvəlki hesablama qiyməti (396,9 dollar) ilə müqayisədə 0,4% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Xəbər Lenti