Cümə, 27 Mart, 2026
Tarix: 21 Dec 2023 01:59
İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın potensialını gücləndirməyə vasitə olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu fikri ABŞ-nin dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında səsləndirib.
Bildirib ki, 2023-cü ildə Şimali Atlantika Alyansı “daha böyük və daha güclü” olub.
“Bu il NATO-ya 31-ci üzv kimi Finlandiya qoşulub və İsveç də yaxın gələcəkdə bura qoşulacaq ki, bu da müdafiə alyansının potensialını gücləndirəcək və imkanlarını qüvvətləndirəcək”, - deyə, Blinken əlavə edib.