Bu il Azərbaycan banklarının ABŞ istiqrazlarına yatırımları 1 mlrd. manatdan çox artıb

Tarix: 04.10.2025 11:55

Bu ilin ilk yarısında Azərbaycan banklarının qiymətli kağızlar portfeli üzrə artım müşahidə olunub.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin sonu ilə müqayisədə bankların qiymətli kağızlar portfelinin həcmi 6,2% və ya 584 mln. manat artıb. Ümumi aktivlərin daha sürətli artım tempi fonunda qiymətli kağızların aktivlərdə xüsusi çəkisi isə 17,7%-dən 17,5%-ə enib.

Hesabat dövründə bankların ABŞ dövlət istiqrazlarına yatırımları əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu istiqamətdə investisiyalar 1,13 mlrd. manat və ya 80,6% çoxalıb. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən kütləvi emissiyaların azalması fonunda son 6 ay ərzində nazirliyin qiymətli kağızlarına yatırımlar 347 mln. manat və ya 7,8% azalıb.

Xəbər Lenti