Qriqoryan Quterreşin köməkçisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Tarix: 17 Nov 2023 14:18

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Armen Qriqoryan "Facebook" hesabında bildirib.

"Görüşdə biz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə etdik, onun çərçivəsində Ermənistan tərəfini yanaşmasını və fikirlərini təqdim etdim", - paylaşımda qeyd olunub.

Xəbər Lenti