Cümə, 17 Oktyabr, 2025
Tarix: 17.10.2025 11:59
Təbrizli iş adamlarının Qarabağda quruculuq işlərində iştirakı müzakirə olunur.
"APA-Economics" xəbər verir ki, bunu "III Azərbaycan Milli Şəhərsalma Forumu" çərçivəsində jurnalistlərə açıqlamasında İranın Təbriz şəhərinin meri Yaghoub Houshyar deyib.
O bildirib ki, Təbrizli iş adamlarının Qarabağda həyata keçirilən bərpa və abadlıq işlərinə marağı yüksəkdir:
“Bu sahədə artıq əlaqələndirmə var və gələcəkdə iştirakın daha da genişlənməsi mümkündür. Qarabağın abadlaşdırılması, təhsil və infrastruktur layihələrinə Təbriz iş adamlarının qoşulması təbiidir və dövlət səviyyəsində dəstəklənir”.
“Bu əməkdaşlıq həm şəhərlərin, həm də xalqların yaxınlaşmasına xidmət edəcək”, - deyə o əlavə edib.