Cümə axşamı, 4 Dekabr, 2025
Tarix: 18.10.2025 11:48
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 61 809,5 nəfər olub, bu da illik müqayisədə 0,7% artım deməkdir.
Bu baradə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin yanvar-sentyabr aylarında ölkə üzrə taksi xidmətindən 61 379,9 müştəri istifadə edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5% artaraq 1 187 694,8 min təşkil edib.