AMB neft-qaz qiymətləri ilə bağlı proqnozunu açıqlayıb

Tarix: 22.10.2025 11:53

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il neftin 1 barelinin orta qiymətinin 64-65 ABŞ dolları arasında olacağını proqnozlaşdırıb. Bu əvvəlki proqnoza nisbətən 0,6 dollar azdır.

"APA-Economics" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov uçot dərəcəsinə həsr olunmuş mətbuat konfransında bildirib.

AMB sədri həmçinin, gələn il təbii qazın min kubmetrinin orta qiymətinin 288 ABŞ dolları proqnozlaşdırdıqlarını açıqlayıb.

Qeyd edək ki, Mərkəzi Bank əvvəlki proqnozunda qazın qiymətini 290 dollar müəyyə etmişdi.