Qazaxıstan Azərbaycanla enerji sazişini təsdiqləyib

Qazaxıstan Azərbaycanla enerji sazişini təsdiqləyib

Tarix: 24 Oct 2025 11:54

Qazaxıstan hökuməti Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin qərarında qeyd olunub.

Sazişə əsasən, tərəflər əməkdaşlığı neft-qaz, bərpa olunan enerji mənbələri və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf etdirəcəklər.

Bildirilir ki, bu sənəd iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi və regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Mənbə: apa.az

Xəbər Lenti