Azərbaycanlıların Türkiyədən mənzil alışı artıb

Tarix: 13.11.2025 11:57

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 96 mənzil alıblar.

"APA-Economics" bu barədə Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir.

Sentyabrda isə bu göstərici 67 mənzil təşkil edib.

Ay ərzində Türkiyədə mənzil alan əcnəbilərin siyahısında azərbaycanlılar 6-cı olub.

Oktyabrda Türkiyədə 306 mənzil satışı olub ki, bu da ötən ilin eyni eyni dövrü ilə müqayisədə 0,5% azdır.

Xəbər Lenti