Azərbaycanda yük və sərnişindaşıma artıb

Tarix: 22.11.2025 11:59

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 198,3 milyon ton yük daşınıb.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur.

Yüklərin 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava, 61,5%-i avtomobil nəqliyyatı, 27,4%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,7% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,9% təşkil edib.

Yanvar-oktyabrda ölkədə nəqliyyatçılar 1785 milyon sərnişinə xidmət göstərib. Bu isə illik müqayisədə 5,3% çoxdur.

Sərnişinlərin 89%-i avtomobil nəqliyyatı, 10,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Xəbər Lenti