Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edirik

Tarix: 21 Dec 2023 18:20

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında tarixi sülh fürsəti daha da güclənib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir.

Xəbər Lenti