XİN: Çexiyada universitetdə atışmada ölənlər arasında azərbaycanlı yoxdur

Tarix: 22 Dec 2023 10:17

“Çexiyada universitetdə atışma zamanı ölənlər və zərər çəkənlər arasında azərbaycanlı yoxdur”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, ötən gün Çexiyanın Çarlz Universitetindəki atışmada 15 nəfər ölüb, 30-a yaxın yaralı var.

Xəbər Lenti