“Sərhədlərin delimitasiyası sülh sazişindən sonra da həll oluna bilər”

Tarix: 22 Dec 2023 16:15

“Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi məsələsi iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra da həyata keçirilə bilər”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan danışıb. 

“Ölkələr öz cəmiyyətlərini həqiqətən də sülhə hazırlayarlarsa, münasibtərin normallaşmasında maraqlıdırlarsa sərhəd məsələsinin həllinin sonraya saxlanılması ssenarisi kifayət qədər məqbuldur. Lakin bu mənim şəxsi fikrimdir”, - deyə Simonyan qeyd edib. 

Onun sözlərinə görə, sərhədlərin delimitasiya və demarkasiyası uzun illər davam edə bilər və bu məsələnin həllinə sülh müqaviləsi imzalandıqdan sonra başlamaq olar.

Xəbər Lenti