Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 08 Dec 2025 14:03
Yaşıl Dəhliz sistemindən istifadənin illər üzrə azalmasının səbəbləri açıqlanıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq Şirinov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, DGK kollegiyası tərəfindən risk məyyarları təsdiqlənib:
"Sahibkarların Yaşıl Dəhlizə müraciəti ilə bağlı artıq konkret risk məyyarları müəyyənləşib. Bütün risk parametrləri üzrə hər hansı bir risk müəyyən edilmirsə, Yaşıl Dəhliz iştirakçısı statusu ilə bağlı ona sənəd verilir.Yox, əgər hər hansı bir parametrdə risk varsa, tam şəffaf şəkildə sahibkara bildirilir ki, həmin parametrləri üzrə müəyyən düzəlişlərdən sonra növbəti dəfə yenidən müraciət edə bilər. Bu məsələ hüquq müstəvidə kifayət qədər sərtləşdirilib, tam şəffaf formada həm gömrük tərəfi, həm sahibkar tərəfi üçün belə bir çərçivə müəyyən olunub. Bu mənada şəffaflıq daha üst səviyyəyə qaldırılıb".
""Yaşıl dəhliz"dən istifadə səviyyəsi ona görə aşağı düşməyib ki, biz kiməsə "Yaşıl dəhliz" statusunu vermək istəmirik, ya da bundan imtina edirik. Sadəcə olaraq açıq müstəvidə tam şəffaf risk parametrləri müəyyən olunub", - deyə Natiq Şirinov qeyd edib.
Şükran Məmmədov gömrük