Özbəkistan Prezidenti COP29-la bağlı qərarı Azərbaycana hörmətin təzahürü kimi dəyərləndirib

Tarix: 24 Dec 2023 10:58

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

APA-nın xəbərinə görə, telefon danışığı zamanı Prezident İlham Əliyev COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Özbəkistan Prezidentinin göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirib.

Öz növbəsində Özbəkistan Prezidenti bu münasibətlə dövlətimizin başçısını bir daha təbrik edərək, bunu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinin və ölkəmizə göstərilən hörmətin təzahürü kimi dəyərləndirib.

Xəbər Lenti