Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

Tarix: 09 Dec 2025 11:39

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Bu müddət daha 3 il uzadılır.

Beləliklə, 2026-cı il yanvarın 1-dən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Şükran Məmmədov Milli Məclis iclas media subyektləri vergi vergi güzəşti

Xəbər Lenti