“Eldost” İnşaat şirkəti İlham Əliyevi təbrik etdi

Tarix: 24 Dec 2023 15:57

“Eldost” İnşaat şirkətinin rəhbərliyi və kollektivi Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününü təbrik edib.

“Bu gün Ali Baş Komandan İlham Əliyevin doğum günüdür!

Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir…

Mənim üçün bir vətəndaş kimi Azərbaycan xalqının və dövlətinin maraqlarından üstün bir maraq yoxdur! Azərbaycanın dövlət maraqları bütün digər dövlət və təşkilatlar qarşısında qorunmalıdır. Dövlətimizin başçısı milli maraqlarımız harada qorunursa, oradadır və bu siyasətin nəticəsi Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü xalqın, Silahlı Qüvvələrin gücü, qüdrəti ilə bütövləşdirdi. Son 3 ildə dünya liderləri və təşkilatları Azərbaycanın dövlət başçısına qarşı tutarlı dəlillər ortaya qoya bilmir, dünya nəhəngləri dövlət maraqlarının qorunmasını həzm edə bilmir, “qarnı ağrıyan” adam görünüşü verirlər.

Suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması üçün şəhid öz canını, qazi sağlamlığını Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qurban verib, zəfərə imza atıbsa, bu Zəfəri, suverenliyi, ərazi bütövlüyünü, Dövlət maraqlarını qorumaq üçün mən, ailəm və rəhbərlik etdiyim “Eldost” İnşaat kollektivi cənab İlham Əliyevin yanındayıq. Bu bütövləşmə uğrunda Şəhid canını, qazi sağlamlığını veribsə, bizim üzərimizə bu amal uğrunda döyüşənlərin yanında olmağı haqq olaraq boynumuza qoyublar deməkdir!

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış Zəfərimiz saysız hesabsız şəhid qanı ilə imzalanıb və son olaraq mənim üçün o deməkdir ki:

Cənab İlham Əliyevin yanında olmaq şərəf borcudur!

Mən və rəhbərlik etdiyim “Eldost” İnşaat şirkəti möhtərəm prezidenti səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və ölkəmizin tərəqqisinə yönəlmiş çoxşaxəli əzmkar fəaliyyətində davamlı uğurlar arzu edirik!

Yaşasın ali baş komandan, var olsun cənab Prezident!!!”, - təbrikdə qeyd olunub.

Xəbər Lenti