, 18 Yanvar, 2026
Tarix: 09 Dec 2025 13:22
Rusiyanın İvanovo vilayətində An-22 təyyarəsi qəzaya uğrayıb.
APA-nın Rusiya bürosu Ren TV-yə istinadən xəbər verir ki təyyarədə yeddi heyət üzvü olub.
“112” Teleqram kanalının məlumatına görə, qəzaya uğrayan An-22 təyyarəsi Müdafiə Nazirliyinə məxsus olub.
Qəzanın İvanovonun Furmanovski rayonunda baş verdiyi, hazırda təcili yardım xidmətləri hadisə yerində işlədikləri bildirilib.
Hələlik ölən və yaralılar barədə məlumat yoxdur.
Fərid Əkbərov Rusiya İvanovo vilayəti An-22 təyyarəsi qəza