Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 16:34
İsrail və Livan nümayəndə heyətləri bu gün ABŞ-ın Florida ştatının Tampa şəhərində işçi səviyyədə danışıqlar aparacaq.
Bu barədə ABŞ rəsmisi “The Times of Israel”ə bildirib.
Oktyabrın 20-21-də keçirilməsi planlaşdırılan görüşlərdə əsas diqqətin “Üçtərəfli Çərçivə Sazişi”nin irəlilədilməsinə yönəldiləcəyi gözlənilir. Saziş Hizbullahın tərkisilah edilməsini və İsrail hərbçilərinin Livanın cənubundan mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur.
Qeyd olunub ki, danışıqlarda İsrailin və Livanın ABŞ-dakı səfirləri iştirak etməyəcək.
İlqar Xudiyev İsrail-Livan danışıqları Hizbullah ABŞMənbə: apa.az