Azərbaycanda dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə dair yeni dövlət standartları qəbul edilib

Tarix: 20 Oct 2026 14:59

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə dair 61 yeni dövlət standartı qəbul edilib:

"APA-Economics" bu barədə AZSTAND-a istinadən xəbər verir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturunun etibarlılığının artırılması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin təsnifatı və terminologiyasının təkmilləşdirilməsi, yükdaşımalar zamanı yüklərin təhlükəsiz bərkidilməsinə dair tələblərin müəyyənləşdirilməsi, habelə texniki vasitələr, müvafiq sistemlər üzrə vahid tələblərin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsindən ibarətdir.

Sözügedən dövlət standartlarının layihələri AZSTAND tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında təsis edilən “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

İlahə Səlimova nəqliyyat yol standartlar

Mənbə: apa.az

Xəbər Lenti