Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 15:11
Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün dayandırılması halında ölkənin ittifaqa üzv dövlətlərlə ümumi ticarət dövriyyəsi 4,4397 milyard dollar və ya 55,6% azala bilər.
APA xəbər verir ki, bu barədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin hazırladığı Avrasiya Hökumətlərarası Şurasının üzvlərinin məruzəsində bildirilib.
Sənəddə qeyd olunur ki, Ermənistanın Aİİ-yə üzv ölkələrlə ticarət dövriyyəsi 2025-ci ilin göstəricisi olan 7 milyard 990,6 milyon dollardan 3 milyard 550,9 milyon dollara qədər azala bilər.
Bildirilir ki, Ermənistanın Aİİ-də üzvlüyünün dayandırılması məhsullara tam həcmdə sanitar və baytarlıq-sanitariya nəzarətinin tətbiqinə səbəb olacaq.
Bundan başqa, üzvlüyün dayandırılması əmək qüvvəsinə kvotaların tətbiqinə və Ermənistandan olan vətəndaşların işləmək üçün patent alması zərurətinə gətirib çıxara bilər.
İlqar Xudiyev Ermənistan Aİİ ticarət dövriyyəsi
Mənbə: apa.az