Tramp Ukrayna münaqişəsinin həlli üçün şanslarının olduğunu deyib

Tarix: 27 Dec 2025 05:33

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yaxşı şansın olduğuna inanır.

APA xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinə verdiyi müsahibə zamanı danışıb.

"Düşünürəm ki, bunu etmək üçün yaxşı şansımız var. Mən səkkiz müharibəni həll etmişəm və bu, ən çətinidir. Amma düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik. Düşünürəm ki, onlar bunu indi etmək istəyirlər və düşünürəm ki, Rusiya da eyni şeyi istəyir. Amma hər dəfə bir tərəf bunu etmək istəyini göstərəndə, digər tərəf bunu etmir", - o deyib.

Məlumata görə ABŞ prezidenti dekabrın 28-də ukraynalı həmkarı Volodimir Zelenski ilə baş tutacaq görüşü zamanı bu məsələ ilə bağlı razılığa gəlmək ehtimalına nikbin baxır.

Xəbər Lenti