Rusiya ordusu Ukraynanın Zaporojye vilayətində yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətində yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Tarix: 20 Oct 2026 13:22

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində Timoşevko yaşayış məntəqəsini nəzarətə götürüb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya MN son sutka əərzində Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli dronlarının buraxılış məntəqələrinə zərbələr endirdiyini, 383 dronunu vurduğunu da açıqlayıb.

Rusiya tərəfi son sutka ərzində Ukrayna ordunun 1210 hərbçisini itirdiyi barədə məlumat yayıb.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti