Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Tarix: 20 Oct 2026 12:10

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Şabran rayonunda leysan və güclü sel nəticəsində zədələnmiş 2 avtomobil yolunda bərpa işləri yekunlaşdırılıb.

AAYDA-dan "APA-Economics"ə verilən məlumata görə, Düzbilici–Vələsi–Çinarlar avtomobil yolunun 5-ci kilometrində yol örtüyü bərpa edilib, 8-ci kilometrində suötürücü boru, 16-cı və 18-ci kilometrlərində isə iki körpü inşa olunub.

Məlumata əsasən, həmçinin Şabran–Qalaaltı avtomobil yolunun 6-cı kilometrində yeni suötürücü boru inşa edilib.

Görülən işlər nəticəsində selin fəsadları tam aradan qaldırılıb, nəqliyyatın təhlükəsiz və rahat hərəkəti təmin olunub.

Qeyd edək ki, leysan və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilib.

Emil İsmayılov AAYDA yol təmiri

Mənbə: apa.az

Xəbər Lenti