, 25 Yanvar, 2026
Tarix: 25 Jan 2026 16:10
İraqda prezident seçkiləri ölkənin Nümayəndələr Şurasında (parlamentdə) 27 yanvar 2026-cı il tarixində keçiriləcək.
APA xəbər verir ki, bu barədə INA informasiya agentliyi İraq parlamentinin sədri Heybət əl-Həlbusiyə istinadən məlumat verib.
“Respublika prezidentinin seçilməsi ilə bağlı parlament iclası yaxın çərşənbə axşamına, 27 yanvara təyin olunub”, – deyə əl-Həlbusi bildirib.
İraq dövlət başçısı postuna namizədlərin yekun siyahısında 19 nəfərin adı yer alır. Namizədlər arasında hazırkı İraq prezidenti Əbdül Lətif Rəşid də var. O, namizədliyini şəxsi qaydada irəli sürüb. Siyahıda həmçinin Kürdüstan Demokrat Partiyasının dəstəklədiyi hazırkı xarici işlər naziri Fuad Hüseyn də yer alır.
2025-ci ilin sonunda İraq parlamenti əl-Həlbusini Nümayəndələr Şurasının sədri seçib. Ölkə konstitusiyasına əsasən, bundan sonrakı 30 gün ərzində deputatlar respublika prezidentini seçməlidirlər. Prezident isə İraqın baş naziri postuna namizəd irəli sürmək üçün ən böyük koalisiyaya tapşırıq verməlidir. Dünən isə İraqın şiə blokları və partiyalarının əksəriyyətinin nümayəndələrini birləşdirən Koordinasiya Şurası ölkənin yeni hökumətinin başçısı vəzifəsinə namizəd kimi Nuri əl-Malikinin irəli sürüldüyünü rəsmi şəkildə elan edib. O, daha əvvəl 2006-cı ilin mayından 2014-cü ilin avqustuna qədər baş nazir vəzifəsini tutub.
İraq konstitusiyasında qeyd olunur ki, ölkədə prezident postunu iraqlı kürd, baş nazir vəzifəsini müsəlman-şiə məzhəbinin nümayəndəsi, parlament sədri vəzifəsini isə iraqlı müsəlman-sünni icmasının nümayəndəsi tutmalıdır.
İraq prezident seçkiləri parlament Nümayəndələr Şurası Heybət əl-Həlbusi INA Əbdül Lətif Rəşid Fuad Hüseyn Kürdüstan Demokrat Partiyası Nuri əl-Maliki Koordinasiya Şurası siyasi proses Bağdad