Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

Tarix: 20 Oct 2026 15:57

“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu” təsdiq edilib.

APA xəbər verir ki, Memorandum Prezident İlham Əliyevin imzaladığı Qanunla təsdiqlənib.

Qeyd edək ki, Memorandum 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanıb.

BMT memorandum

Mənbə: apa.az

Xəbər Lenti