Braziliyanın həbsdəki sabiq dövlət başçısının oğlu prezidentliyə namizəd olacaq

Tarix: 09 Dec 2025 17:39

Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun oğlu senator Flavio Bolsonaro prezidentliyə namizədliyini irəli sürəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, o, bu barədə atasını həbsxanada ziyarət etdikdən sonra açıqlama verib.

Flavio Bolsonaro bildirib ki, onun 2026-cı ildə Braziliyada keçiriləcək prezident seçkilərində iştirak qərarı geridönüşü olmayan bir qərardır.

Qeyd edək ki, Jair Bolsonaro hakimiyyət çevrilişinə cəhd etmək ittihamı ilə 27 illik həbs cəzasına məhkum edilib.

O, 2022-ci ildə keçirilən prezident seçkilərində hazırkı prezident Lula da Silvaya uduzub.

Toğrul Quluzadə Braziliya Bolsonaro prezident seçkiləri namizdəlik

Xəbər Lenti