, 18 Yanvar, 2026
Tarix: 10 Dec 2025 04:30
Çərşənbə axşamı Sudanda İl-76 tipli hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb və heyət üzvlərinin hamısı həlak olub.
APA xəbər verir ki, bu barədə “Agence France-Presse” iki hərbi mənbəyə istinadən məlumat yayıb.
"İl-76 texniki nasazlıqdan sonra Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman Diqna Hava Bazasına eniş etməyə cəhd etdikdən sonra qəzaya uğrayıb", - məlumatda deyilir.
Təyyarə barədə heç bir əlavə məlumat verilməyib.