Azərbaycanın Avropa Məhkəməsində seçki hüququ ilə bağlı uduzduğu işlərin sayı açıqlanıb

Tarix: 25 Dec 2023 10:20

Azərbaycan Avropa İnsan hüquqları məhkəməsində indiyə qədər seçki hüququ ilə bağlı 24 iş uduzub və 700 min avrodan çox cərimə ödənilib.

APA xəbər verir ki, bunu Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda Hüquq və İnsan haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib.

O bildirib ki, bu işlər bizdə qərarlarda olan texniki yanlışlıqlarla bağlıdır: “Təəssüf ki, Avropa Məhkəməsi bəzən ölkəmizə qarşı qərarlar çıxaranda siyasi mövqedən çıxış edir. Ona görə də hər hansı pozuntunu sənədləşdirəndə çox diqqətli olmaq lazımdır. Biz Avropa Məhkəməsinə əsas verməliyik ki, ölkəmizə qarşı belə qərar çıxarsın”.

Xəbər Lenti