, 18 Yanvar, 2026
Tarix: 10 Dec 2025 15:31
Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və qurumun bir sıra regional idarələrində axtarışlar aparır.
APA xəbər verir ki, bu barədə “Ekonomiçeskaya pravda” Vergi Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, axtarışlar Xmelnitski, Nikolayev, Zaporojye və Lvov vilayətlərinin Vergi İdarələrində aparılır.
Axtarışların səbəbi hələlik açıqlanmır.
Lakin ehtimal olunur ki, axtarışların energetika sahəsində genişmiqyaslı korrupsiya işi ilə əlaqəsi ola bilər.
İlqar Xudiyev Ukrayna vergi xidməti korrupsiya vergi idarələri axtarışlar