, 18 Yanvar, 2026
Tarix: 10 Dec 2025 15:21
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana rəsmi səfər edəcək.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Ərdoğan Türkmənistanın daimi bitərəflik statusunun 30-cu ildönümü və 2025-ci ilin “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan edilməsi münasibətilə keçiriləcək “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün 2025-ci il 11–12 dekabr tarixlərində Türkmənistana səfər edəcək.
Səfər zamanı Prezident Ərdoğanın forumda çıxış edəcəyi və tədbirdə iştirak edən dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Dəryanur Cəfərova Ərdoğan Türkmənistan Türkiyə