İranda Azərbaycan səfirliyinə hücumla bağlı məhkəmə yaxın tarixdə keçiriləcək

Tarix: 25 Dec 2023 15:10

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məhkəmə yaxın tarixdə keçiriləcək.

APA xəbər verir ki, Tehran vilayətinin Ədliyyə üzrə Baş İdarəsinin rəisi Əli Əl-Qasi Mehr Ali Ədliyyə Şurasının iclasında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işindəki nöqsan və maneələrin aradan qaldırıldığını bildirib.

O qeyd edib ki, sözügedən cinayət iş üzrə məhkəmə iclası yaxın tarixdə keçiriləcək.

Xəbər Lenti