Çərşənbə, 10 Dekabr, 2025
Tarix: 10.12.2025 23:49
Rusiyanın Sankt-Peterburq şəhərindəki Pravoberejnıy bazarında yanğın baş verib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, yanğın 300 kvadrat metr ərazini əhatə edib.
Fövqəladə Hallar Nazirliyi insanların bazardan təxliyə edildiyini açıqlayıb. Rusiya FHN Pravoberejnıy bazarında baş verən yanğının sahəsinin 1500 kvadrat metrə çatdığı və yanğın nəticəsində 55 yaşlı kişinin xəsarət alması barədə məlumat yayıb.
https://t.me/apa_az/110208Fərid Əkbərov Rusiya yanğın bazar