Çərşənbə, 10 Dekabr, 2025
Tarix: 11.12.2025 01:07
Ukrayna münaqişəsinin tənzimlənməsinə dair sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək. APA xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius kansler Fridrix Merzin ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığından sonra açıqlayıb.
Korneliusun sözlərinə görə, dörd lider Ukraynada atəşkəs danışıqlarının gedişatını müzakirə ediblər. “Sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək”, - deyə o bildirib.
Rəsmi nümayəndə əlavə edib ki, dövlət və hökumət başçıları hazırkı mərhələni “Ukrayna və bütövlükdə Avroatlantik məkanın təhlükəsizliyi üçün həlledici an” kimi qiymətləndiriblər.