, 18 Yanvar, 2026
Tarix: 11 Dec 2025 06:17
ABŞ Konqresinin Nümayəndələr Palatası 2026-cı maliyyə ili üçün ölkənin rekord həcmdə - 901 milyard dollar məbləğində hərbi büdcə layihəsini təsdiqləyib. APA xəbər verir ki, səsverməni C-SPAN kanalı yayımlayıb.
Qanun layihəsini 312 konqresmen dəstəkləyib, 112 nəfər isə əleyhinə səs verib. Bununla da sənəd Nümayəndələr Palatasında qəbul edilib və indi Senata göndəriləcək. Senat tərəfindən təsdiqləndiyi təqdirdə, layihə ABŞ Prezidenti Donald Trampın imzasına təqdim olunacaq.