Çərşənbə, 7 Oktyabr, 2026
Tarix: 07 Oct 2026 15:32
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevlə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin İsayev 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. SOCAR-ın mülki iddiası təmin edilib. Həmçinin təqsirləndirilən şəxsin əmlakları müsadirə olunması barədə qərar verilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Ramin İsayev 54 milyon manat mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham verilib.
R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Emin Şirvanzadə “SOCAR-AQŞ” Ramin İsayev məhkəmə Ali Məhkəmə qərar
Mənbə: apa.az