, 18 Yanvar, 2026
Tarix: 11 Dec 2025 07:14
Ukraynanın müdafiə naziri Denis Şmıhal ölkənin ümumilli seçkilərə hazır olduğunu bildirib, lakin bunun üçün bir sıra şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
APA xəbər verir ki, nazir bu barədə Aspen Təhlükəsizlik Forumunda danışıb. Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün əsas tələblərdən biri beynəlxalq müşahidəçilərin birbaşa döyüş zonasına gedərək prosesi izləməsi və hesabat hazırlamasıdır:
“Əgər cəbhədə təhlükəsizliyi necə təmin etmək barədə ideyalar varsa, beynəlxalq müşahidəçilərin cəbhə xəttinə gedib seçkilərin gedişini izləməsi və bu barədə hesabat hazırlaması mümkün olarsa, əgər təhlükəsiz və əlverişli mexanizm tapsaq, əlbəttə ki, biz seçkilərə hazırıq. Zelenski də bunu demişdi. Biz bunu istənilən vaxt edə bilərik, yetər ki, hazır olaq”.